RU
TUMİB dini radikalizmi ilə bağlı layihəni icrasını Qusar şəhərində davam etdirdi
13:05
2373

TUMİB dini radikalizmi ilə bağlı layihəni icrasını Qusar şəhərində davam etdirdi

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dini radikallığa qarşı təbliğatda gənclərmizin rolu” adlı layihəyəsinin icrasını Qusar şəhərində yerləşən “Gənclər Evi”ndə davam etdirdi.
Layihə iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qusar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdüri Telman Kazımov tədbir iştirakçılarını və qonaqları salamlayaraq tədbiri açıq elan edib. Natiq sözlərinə davam edərək Qusar rayonunu etnik-dini tərikibi haqqında məlumat verdikdən sonra, sözü layihənin icraçısı “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramova verib. TUMİB sədri layihənin məqsədi haqqında tədbir iştirakçılarına məlumat verib
Natiq çıxışına davam edərək Azərbaycanda din siyasəti, zərərli xarici təriqətlərə qarşı ideoloji mübarizə və milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs edib. O, ulu öndər Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.
Daha sonra Qusar rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Sevil Dəmirova, YAP Qusar Rayon Təşkilatı Gənclər Birliyinin sədri Zeynal Əsgərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şimal bölgəsi üzrə şöbəsinin məsul əməkdaşı Elnur Ağasıyev, “İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri Anfisa Zinyəddin, TUMİB-in üzvü Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Pərviz Səmədov, TUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə və TUMİB-in “Gənclər Mərkəzi”nin sədr müavini Samir Pənəliyev tədbirdə çıxış edərək Azərbaycandakı multikulturalizm, azərbaycançılıq və dini dözümlülük siyasəti, müxtəlif din və məzhəb mənsubları arasında qardaşlıq prinsiplərinin dini əsasları haqqında məlumat veriblər.
Tədbirin sonunda iştirakçılara diplomlar verilib.

7News.Az

1

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ