RU
TUMİB - in tolerantlıq mövzusunda tədbirləri davam edir
12:18
543

TUMİB - in tolerantlıq mövzusunda tədbirləri davam edir

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəsinin icrasına davam edir. Bu çərçivədə Qax şəhərində Cəfər Cabbarlı adına mərkəzi kitabxanada gənclər üçün təlim keçirmişdir.

Tədbiri açıq elan edən Qax rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Orxan Səmədov gəncləri salamlayaraq layihənin qısa mahiyyəti haqqında məlumat verdi. Natiq rayondakı milli, dini,  mədəni vəziyyət haqqında məlumat verərək, yerli sakinlərin Azərbaycan dövlətində olan tolerantlıq siyasətinin dünyaya bir numunə olduğunu qeyd etdi. Sonra o, sözü TUMİB sədri Çingiz Bayramova verdi.

Çingiz Bayramov bildirdi ki, Qax rayonunun tək təbiətinin gözəllikləri ilə deyil insanlarının tolerant olmağı ilə seçilən bölgələrimizdən biridir.

Natiq çıxışıda Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm siyasətinin Avropaya bir örnək model olduğunu təlim iştirakçılarına bildirdi. Milli fikir adamlarının  gənclər arasında təbliğinin, tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirdi. O, Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.

 Təlimdə iştirak edən Qax rayon İcra Hakimiyyətinin Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydarova rayonun etnik dini tərkibi haqqında məlumat verərək birgə yaşayış ənənəsi ilə fəxr etdiyini qeyd etdi və təlim iştirakçılarına uğurlar dilədi.

Sonra çıxış edən Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Azərbaycanda müxtəlif din və mədəniyyət mənsublarının birlikdə yaşama ənənəsinin inkişafında qadınlara böyük rol düşdüyünü vurğuladı.

Tədbirdə TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənaliyev, TUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, fəal gənc Raida Hüseynova və digər fəal gənclər çıxış etdilər. Onlar çıxışlarında Azərbaycan xalqının tarix boyu tolerantlıq ənənəsindən bəhs edərək gəncləri milli və dini dözümlülüyə sadiq olmağa, milli ideologiyaya sahib çıxmağa, toleranlığın Azərbaycanda və xarici ölkələrdə təbliğində vətənpərvər gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd etdilər.

Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları təqdim edildi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ