RU
TUMİB növbəti tədbirini Astarada keçirdi
21:13
191

TUMİB növbəti tədbirini Astarada keçirdi

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəsinin icrasını Astara şəhərində davam etdirdi. Layihə çərçivəsində Astara şəhərində Mədəniyyət evində Astara gəncləri üçün təlim keçirmişdir.


Tədbiri açıq elan edən Astara rayon gəncİər və idman idarəsinin rəisi Əliyev Ərçə iştirakçıları salamlayaraq layihənin qısa mahiyyəti haqqında məlumat verdi. Natiq rayondakı milli, dini, mədəni vəziyyət haqqında məlumat verərək, yerli sakinlərin Azərbaycan dövlətində olan tolerantlıq siyasətinin dünyaya bir numunə olduğunu qeyd etdi. Sonra o, sözü TUMİB sədri Çingiz Bayramova verdi.
Çingiz Bayramov bildirdi ki, Astara rayonunun tək təbiətinin gözəllikləri ilə deyil insanlarının tolerant və qonaqpərvər olmağı ilə seçilən bölgələrimizdən biridir.
Natiq çıxışıda Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm siyasətinin Avropaya bir örnək model olduğunu təlim iştirakçılarına bildirdi. Milli fikir adamlarının gənclər arasında təbliğinin, tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirdi. O, Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.
TUMİB sədri Çingiz Bayramovun çıxışından sonra Astara şəhər bələdiyyəsinin sədri Aygün Məmədova çıxış edərək,Astara rayonun etnik dini tərkibi haqqında məlumat verdi. Natiq çıxışında birgə yaşayış ənənəsi ilə fəxr etdiyini vəAzərbaycanda müxtəlif din və mədəniyyət mənsublarının birlikdə yaşama ənənəsinin inkişafında qadınlara böyük rol düşdüyünü vurğuladı.
TədbirdəTUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə çıxışında Azərbaycan xalqının tarix boyu tolerantlıq ənənəsindən bəhs edərək gəncləri milli və dini dözümlülüyə sadiq olmağa, milli ideologiyaya sahib çıxmağa, toleranlığın Azərbaycanda və xarici ölkələrdə təbliğində vətənpərvər gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd etdi.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları təqdim edildi./tumib

7news.az

 

10423757_10201109089484880_4693547930327265134_n

 

 

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ