RU
TUMİB tolerantlıq mövzusunda növbəti tədbirini Şamaxıda keçirdi
11:52
598

TUMİB tolerantlıq mövzusunda növbəti tədbirini Şamaxıda keçirdi

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəsinin icrasını Şamaxı şəhərində davam etdirdi. Təşkilat layihə çərçivəsində Şamaxı şəhərində Rayon Təhsil şöbəsinin Uşaq və Gənclər evində Şamaxı gəncləri üçün təlim keçirdi. 

İlk öncə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək, Azərbaycanın dövlət himnini səsləndirdilər.
Tədbiri açıq elan edən TUMİB sədri Çingiz Bayramov iştirakçıları salamlayaraq layihənin mahiyyəti haqqında məlumat verdi. Daha sonra o, sözü Şamaxı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rəşad Əliyevə verdi. Natiq iştirakçıları salamlayaraq rayondakı milli, dini, mədəni vəziyyət haqqında məlumat verdi və yerli sakinlərin Azərbaycan dövlətinin tolerantlıq siyasətindən məmnun olduğunu qeyd etdi.
Sonra söz rayon Gəncİər və İdman idarəsinin rəisi Şahmar Hüseynova verildi. O, çıxışında Azərbaycandakı tolerantlıq siyasətinin dünyaya bir numunə olduğunu bildirdi və gəncləri bu kimi tədbirlərdə aktiv olmağa səslədi.
Ondan sonra söz TUMİB sədri Çingiz Bayramova verildi.
Çingiz Bayramov bildirdi ki, Şamaxı rayonu təkcə təbiətinin gözəllikləri ilə deyil, insanlarının tolerant və qonaqpərvər olması ilə də seçilən bölgələrimizdən biridir.
Natiq çıxışında Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm siyasətinin Avropaya bir örnək model olduğunu təlim iştirakçılarına bildirdi. O, milli fikir adamlarının gənclər arasında təbliğinin, tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu da qeyd etdi. Natiq, Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fikrini nümunə verərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.
TUMİB sədri Çingiz Bayramovun çıxışından sonra TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov ölkədəki birgə yaşayış ənənəsi ilə fəxr etdiyini qeyd etdi və Azərbaycanda müxtəlif din, mədəniyyət mənsublarının tarixən birlikdə yaşama ənənəsindən bəhs edərək onun inkişafında gənclərə böyük rol düşdüyünü vurğuladı.
Tədbirdə TUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə çıxış edərək Azərbaycan xalqının tarix boyu tolerantlıq ənənəsindən bəhs etdi və gəncləri milli, dini dözümlülüyə sadiq olmağa, milli ideologiyaya sahib çıxmağa, tolerantlığın Azərbaycanda və xarici ölkələrdə təbliğində vətənpərvər gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd etdi.
Səbinə Novruzzadədən sonra söz gənc fəal Raida Hüseynovaya verildi. Natiq çıxışında respublikadakı multikulturalizm siyasətini davam etdirməyi gənclərə tövsiyə etdi.
Daha sonra söz TUMİB-in Gənclər Mərkəzinin sədr müavini Samir Pənaliyevə verildi. Natiq gələcəkdə bu kimi tədbirlərin işğal altında olan torpaqlarımızda keçiriləcəyinə ümid etdiyini bildirdi.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları təqdim edildi və xatirə şəkilləri çəkildi.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ