RU
Tunisdə miqrant qayığı batıb, onlarla insan ölüb
13:30
714

Tunisdə miqrant qayığı batıb, onlarla insan ölüb

Tunis sahillərində qanunsuz miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Beynəlxalq Miqrasiya Təşkilatının Tunisdəki missiyası məlumat yayıb.

"Son iki gündə Nabeul sahillərində 25 meyit sudan çıxarılıb", - missiyanın tviter səhifəsində bildirilir.

Təşkilatın məlumatına görə, qayığın göyərtəsində 60 nəfər olduğu güman edilir.

Bundan əvvəl "Sinxua" xəbər agentliyi 20 nəfərin öldüyünü bildirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ