7NEWS.az xəbər verir ki, Dünya şöhrətli reper Tupak Şakurun tac üzüyü hərracda 1 milyon dollardan çox qiymətə satılaraq rekord qırıb. Şakurun 1996-cı ildə qətlə yetirilən qızıl, yaqut və brilyant tac üzüyü Nyu Yorkdakı məşhur Sotheby's hərrac evində keçirilən hərracda satılıb. ABŞ-lı reperin 1,16 milyon dollardan çox qiymətə satılan üzüyü Hip Hop sənətini ifa edən sənətçilərin indiyə qədər sahib olduğu ən qiymətli zinət əşyası kimi qeydə alınıb.
7NEWS.az








