RU
Turist otellərdə pulsuz qalmağın QEYRİ-ADİ YOLUNU tapdı - FOTO
17:00
531

Turist otellərdə pulsuz qalmağın QEYRİ-ADİ YOLUNU tapdı - FOTO

ABŞ-da turist pulsuz oteldə qalmaq üçün maraqlı üsula əl atıb.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Fox News" yazır.

Belə ki, ölkəni gəzən amerikalı turist Rayan Sentell Steyt qəsdən özüylə gətirdiyi siçanları qaldığı otelin otağına buraxaraq, personala şikayət edib və dəfələrlə pul vermədən gecələyib.

Turist otellərdə pulsuz qalmağın QEYRİ-ADİ YOLUNU tapdı - FOTO

Dələduz əsasən heyvanların otaqda qoyduğu nəcislərdən şikayətlənib.

İnzibati xəta və oğurluq ittihamı ilə polis tərəfindən saxlanılan Steyt bu yolla azı 3 oteldə pulsuz qaldığını etiraf edib.

Bundan əlavə, onun bir neçə otel otağına ziyan vurduğu iddia olunur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ