RU
Turistlər çox vaxt hotellərdə yer tapa bilmirlər - Əbülfəs Qarayev
12:09
579

Turistlər çox vaxt hotellərdə yer tapa bilmirlər - Əbülfəs Qarayev

Nazir bəyan edib ki, artan tələbatı nəzərə alaraq, ölkədə yeni hotellər tikiləcək.

"Azərbaycana gələn turistlər çox vaxt hotellərdə yer tapa bilmirlər. Bu, stimuldur. Ona görə də növbəti mərhələdə yeni hotellərin tikilməsi nəzərdə tutulur”.

Bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub: 

"Viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sisteminin təkmilləşdirilməsi sahəsində aparılan işlər müsbət nəticəsini verməkdədir. Hazırda biz hotellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq”./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ