7NEWS.az xəbər verir ki, Şimali Koreya beş ildən sonra qapılarını Qərb turistlərinin üzünə açıb. 2020-ci ilin yanvar ayında Covid 19-a qarşı sərhədlərini bağlayan Kim Çen In administrasiyası, keçən il xüsusi bir rus qrupu istisna olmaqla, heç bir turistin ölkəyə daxil olmasına icazə vermədi. Lakin hələlik turistlər yalnız ölkənin ucqar guşəsində yerləşən Rason xüsusi iqtisadi zonasına baş çəkə biləcəklər.








