RU
Turistlərə çəkələklə gəzmək qadağan edilir - İtaliyada
14:00
275

Turistlərə çəkələklə gəzmək qadağan edilir - İtaliyada

İtaliyanın Liquriya vilayətində Çinkve-Terre milli parkının rəhbərliyi turistlərə parkın ərazisinə çəkələklə daxil olmağı qadağan etmək qərarına gəlib.

7News.Az trend-ə istinadən xəbər verir ki, qaydanı pozanlar təqribən 2 avro məbləğində cərimə olunacaqlar.

Bu qərarın qəbul edilməsinə səbəb yerli dağ-xilasetmə bölməsinin nümayəndələrinin turistlərin dağlıq ərazilərdə qeyri-münasib ayaqqabı ilə gəzmələrindən şikayət etməsi olub.

 

Xilaedicilər onların çəkələk və digər oxşar ayaq geyimi növləri ilə qayalıq ərazilərə getməyini təhlükəli hesab edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ