RU
Türk azarkeşlər millimizin futbolçusuna:
10:28
1085

Türk azarkeşlər millimizin futbolçusuna: "Sənə bu forma yaraşmır! Buranı tərk et!" - VİDEO

Azərbaycan milli komandasının və "Bursaspor"un futbolçusu Deniz Yılmaz Türkiyə Super Liqasında XXI turun "Kayserispor"la səfər matçından qayıdarkən kəskin etirazla qarşılaşıb.

Buna təcrübəli hücumçunun matçın 19-cu dəqiqəsində rəqib oyunçuya bilərəkdən kobudluq edərək qırmızı vərəqə alması səbəb olub.

Bursa Yeneşir hava limanında Necmi Ayyıldız adlı azarkeş komandasını azlıqda qoyaraq 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Yılmazın qabağını kəsib. Fanat: "Sən "Bursaspor"a layiq deyilsən, bu komandadan getməlisən. Nə haqqın var "Bursaspor"u pərişan etməyə? Bursanı tərk et. Sənə "Bursaspor" forması yaraşmır. Bir daha bu formanı geyinmə!" - deyib.

Azarkeşləri klubun I vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu sakitləşdirməyə çalışıblar.

Qeyd edək ki, "Bursaspor" hazırda 28 xalla 8-ci pillədədir. Turun qalan oyunları keçirildikdən sonra "timsahlar"ın daha aşağı pillələrə enəcəyi gözlənilir.
"Timsahlar" azlıqda qaldıqdan sonra 2 top buraxaraq məğlubiyyətlə üzləşiblər. //report

Videonu izləmək üçün şəklə klikləyin:

Türk azarkeşlər millimizin futbolçusuna:

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ