İraqdakı Türkiyə ordusu Mosul şəhərində terrorçuların mövqelərinə artilleriya zərbələri endirib.
7News.az xəbər verir ki, bu barədə yayılan məlumatları baş nazir Binəli Yıldırım təsdiqləyib. O bildirib ki, türk əsgərlərin Mosuldakı əməliyyatlarda Peşmərgə qoşunlarının dəvəti ilə iştirak edir.
Türk hərbçilərdən yardım aldığı bildirilən Peşmərgə silahlıları Mosul yaxınlığındakı Başika qəsəbəsini İraq-Şam islam dövləti terror qruplaşmasından geri alıb.
7News.az







