Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatın başçılıq etdiyi türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Türkiyənin Azərbaycandakı səfirliyindən 7news.Az-a verilən məlumata görə, səfər zamanı iş adamları Azərbaycan işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirəcəklər.
Türkiyə nümayəndə heyəti Azərbaycan tərəfi ilə ölkələr arasında işgüzar əlaqələrin gücləndirilməsi yollarını müzakirə edəcək.
7news.Az








