RU
Türk kinosunun
09:36
958

Türk kinosunun "Qodzilla"sı dünyasını dəyişdi

Türk kinosunun "Qodzilla"sı adlandırılan əfsanəvi aktyoru Səlahəddin Geçgel dünyasını dəyişib.

Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi İstanbulda dəfn edilib. 1950-ci illərdə "İlanların intiqamı" ("Yılanların öcü") filmi ilə aktyor kimi ilk debütünü edən S.Geçgelə çalışqan olması səbəbindən rejissor Mətin Erksan tərəfindən "Qodzilla" ləqəbi verilmişdi. Elə bu titulla tanınan 79 yaşlı aktyor 677 filmdə çəkilib.

O, türk kinosuna ilk səs aparatını gətirən adam kimi də məşhurdur./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ