RU
Türk məşhurlar 5 yaşlı Ümrandan yazdılar
11:37
791

Türk məşhurlar 5 yaşlı Ümrandan yazdılar

Son günlər Suriyanın Hələb şəhərində partlayışdan sonra dağıntılar altından çıxarılan 5 yaşlı Ümran milyonları kövrəldib.

7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağın çarəsiz halına türkiyəli məşhurlar da səssiz qalmayıblar. Onlar sosial şəbəkədə bu barədə status yazaraq terroru lənətləyiblər.

Məşhurlar arasında müğənni Gülben Ergenin statusu daha çox diqqət cəlb edib.

7News.az türkiyəli məşhurların bu barədə fikirlərini təqdim edir:

Gülben Ergen: "Kiçik əllərinə bulaşan qan dünyanın utancı olsun, Ümran. Biz Aylan (sahildə cəsədi tapılan suriyalı uşaq) körpənin kiçik bədəni suya düşəndə də belə utanmışdıq. Sənin qorxu dolu gözlərini, çılpaq ayaqlarını, sağında-solunda toxunulacaq bir şey axtarıb, tapa bilmədiyin inamsızlığın rəsmini seyr edirik indi. Yaşayan ölülər kimiyik, Ümran. Səni qana bulayanlar cəhənnəmdə qanla boğulsun".

Çağla Şikel: "Mən bu üzü, bu ifadəni həyatım boyu unutmayacağam".

Derya Tuna: "Allah sizi yox etsin. Hıçqıraraq ağladım"./milli.az

7News.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ