RU
Türk müğənniyə yük maşınında təcavüz edən kişiyə 28 illik həbs
19:49
437

Türk müğənniyə yük maşınında təcavüz edən kişiyə 28 illik həbs

Türkiyədə müğənniyə təcavüz etməkdə təqsirləndirilən 31 yaşlı A.U-nun məhkəməsi keçirilib. 

7News.az "Milliyet"ə istinadla bildirir ki, məhkəmədə A.U-ya 28 illik həbs cəzası verilib.

Hadisə 2015-ci ildə baş verib. İddialara görə, toylarda müğənnilik edən 22 yaşlı Z.E. dostuna zəng edərək onu gəlib evindən götürməsini xahiş edib. Qadının dostu onu maşına mindirdikdən sonra intim münasibət təklif edib.

Qadın onun təklifinə rədd cavabı verərək maşından düşüb. Yolda qalan Z.E. yoldan keçən yük maşınına əl edib. Yük avtomobilinin sürücüsü onu maşınına mindirib. Bir müddət yol getdikdən sonra sürücü qadını zorlamaq istəyib. Müğənni maşından düşərək qaçıb. O, polisə xəbər verib.

Kişi saxlanılıb. Ötən gün keçirilən məhkəmədə ona 28 illik həbs cəzası verilib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ