RU
Türk ordusu 6 PKK terrorçusunu məhv etdi
16:20
424

Türk ordusu 6 PKK terrorçusunu məhv etdi

Türkiyə Ordusu terrorçulara qarşı əməliyyatları davam etdirir. Ötən gün Bitlis vilayətinə aid Sehi meşələrində 6 PKK terrorçusu zərərsizləşdirilib.

 

7News.Az xəbər verir ki, onlardan birinin narıncı, birinin isə boz kateqoriyadan olan terrorçu olduğu təyin edilib. 

Bildirək ki, narıncı kateqoriyadakı terrorçu  təşkilatın qadın qrupundan məsul olan "Ronahi Dersim" kod adlı Özlem Atsakdır. Boz kateqoriyadakı terrorçu isə "Azad Şoreş" kod adlı Rıdvan Əryılmaz olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ