İraqın baş naziri rəsmi Ankara ilə razılıq əldə edib.
Yeni razılaşmaya əsasən türk ordusu İraq ərazisindən çıxarılacaq.
Türkiyəli həmkarı Binəli Yıldırımla Bağdadda görüş keçirən Heydər Əl-Abadi bildirib ki, Başikadan türk ordusunun çıxarılması barədə razılıq əldə edilib. Rəsmi Bağdad və Türkiyə münasibətləri 2015-ci ildə türk ordusunun İraq hakmiyyətinin icazəsi olmadan Başikaya girməsindən sonra korlanmışdı. Türk ordusu Başikada İŞİD-ə qarşı mübarizə aparırdı. Rəsmi Bağdad dəfələrlə Türkiyə hökumətini hərbçilərini ərazidən çıxarmağa səsləmişdi.
Binəli Yıldırımla keçirilən qapalı görüşün nəticələrinə əsasən Türkiyə İraqın tələbi ilə razılaşıb./olke.az
7news.Az








