Türkiyənin Baş Qərargahı ötən sutka ərzində Suriyanın "Ərəfat qalxanı” əməliyyatı çərçivəsində "İslam dövləti” (İŞİD) terror qruplaşmasının 41 yaraqlısını məhv edib.
7news.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
"HHQ tərəfindən vurulan aviazərbələr zamanı Bzaqa və Suflaniya məntəqələrində İŞİD-in 10 obyekti, o cümlədən 4 sığınacaq, yaraqlıların 4 qərərgahı və silahla təchiz edilmiş iki nəqliyyat vasitəsi məhv edilib. Hava və yerüstü əməliyyatlar nəticəsində İŞİD-in 41 yaraqlısı məhv edilib”, - Türkiyənin Baş qərərgahının RİA Novosti-yə verilən məlumatında deyilir.
Nazirliyin məlumatına görə, Türkiyə SQ İŞİD-in mövqelərinə artilleriya və tanklardan da zərbələr endirib.
7news.Az








