RU
Türk ordusu PKK-nın cəbhəxanasını ələ keçirdi - FOTOLAR
21:43
393

Türk ordusu PKK-nın cəbhəxanasını ələ keçirdi - FOTOLAR

Türkiyənin Batman vilayətinin Həsənkeyf mahalında PKK terrorçularına aid xeyli silah-sursat ələ keçirilib.

7News.az xəbər verir ki, bu barədə elə Batman Valiliyi açıqlama yayıb.

Açıqlamada terrorçulara aid 2 ədəd detektor, 2 ədəd RPG-1 raketi, 2 ədəd avtomat silahı, 2 ədəd snayper tüfəngi, 4 ədəd Kalaşnikov silahı və müxtəlif sayda kustar üsulla hazırlanmış bombaların tapıldığı bildirilib.

Ərazidə əməliyyatlar davam etdirilir.//axar.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ