Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Şimali İraqda PKK mövqelərini bombalayıb.
Əməliyyatlar Zap, Avaşin-Basyan bölgəsində keçirilib.
Məlumata görə, hava zərbələri nəticəsində terrorçulara məxsus 1 artilleriya qurğusu və 2 sığınacaq məhv edilib.
Bundan əlavə, 5 PKK-çının da öldürüldüyü vurğulanıb./axar.az
7news.Az








