Telekommunikasiya şirkəti olan "Türk Telekom"da FETÖ təşkilatlanması ilə bağlı əməliyyat keçirilib.
7News.az bildirir ki, əməliyyat zamanı şirkətin 53 əməkdaşı şübhəli şəxs qismində saxlanılıb. 89 nəfər vəzifəli şəxsin isə barəsində həbs qərarı verilib.
Qeyd edək ki, FETÖ/PDY təşkilatına qarşı daha əvvəl keçirilmiş əməliyyat zamanı saxlanılan 28 nəfər şübhəli şəxsdən 11 nəfəri FETÖ-ya üzv olduğuna görə həbs olunub, 17 nəfər isə şərti azadlığa buraxılıb./apa
7News.az








