7NEWS.az xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində yerləşən Türkevi Türkiyə ilə Kolumbiya arasında turizm, mədəniyyət və incəsənət tədbirinə ev sahibliyi edib. Türkiyənin Nyu-York Baş Konsulluğunun ev sahibliyi etdiyi və Kolumbiya ilə birgə təşkil etdiyi tədbirlə ölkələrin səyahət istiqamətləri, mədəniyyət və incəsənət sahələri tanıdılıb. Tədbirdə çıxış edən Türkiyənin Nyu-Yorkdakı baş konsulunun müavini Tuqay Şen bildirib ki, bu proqram mədəni qarşılıqlı əlaqə vasitəsilə Türkiyə və Kolumbiya arasında daha yaxşı turizm və ticarət əlaqələrinin qurulmasını hədəfləyir.
7NEWS.az








