Son illərdə ərəb ölkələri ilə münasibətlərini düzəldən Türkiyə Ərəb Liqasının nazirlər toplantısına dəvət olunub. Hakan Fidan 13 ildən sonra Türkiyəni Qahirədə təmsil edəcək. İştirakçılar arasında Suriya da olacaq.
7NEWS.az xəbər verir ki, Türkiyə 13 ildən sonra Ərəb Liqasının Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət edildi. Türkiyə Xarici İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, Ərəb Liqasına üzv ölkələrin nazirlərinin iştirakı ilə sabah Misirin paytaxtı Qahirədə keçiriləcək toplantıda Hakan Fidan da iştirak edəcək. Türkiyənin Misir prezidenti Əbdülfəttah əs-Sisinin ötən həftə Ankaraya səfərindən sonra toplantıya dəvət edildiyi açıqlanıb.
7NEWS.az








