Türkiyədə bu gecə hərbi çevrilişə cəhd zamanı 17 polis şəhid olub.
Məlumatı Anadolu Agentliyi yayıb. Hərbi çevrilişə cəhd edənlərin Gölbaşı Xüsusi Təyinatlı Polislərin Qərargahına etdiyi hava zərbəsi nəticəsində polislər həyatlarını itiriblər.
Ankarada çevriliş etmək istəyənlərin əlində olan “Sikorsky” helikopteri də “F-16”lar tərəfindən düşürülüb. TRT-ni ələ keçirməyə qalxan 4 əsgər isə vətəndaşlar və polis tərəfindən zərərsizləşdirilib.
7news.Az








