Bu təhdid ABŞ-Türkiyə cəbhələşməsinin bir nəticəsidir. Türkiyə keşişin başına tac da taxsa, bu proses davam edəcək.
7news.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının başqanı Doğu Perinçək Trampın keşiş Endryu Bransonun sərbəst buraxılmaması ilə bağlı təhdidinə münasibət bildirərkən deyib.
"ABŞ PKK-ya açıq şəkildə silah verir, FETÖ-nu dəstəkləyir, Türkiyə də Rusiya, Çin, İran, İraqla ittifaq yaradır. Böyük Britaniya, Almaniya və Fransa da buna dəstək verir. Türkiyə bu təhdidlər qarşılığında sürətli bir şəkildə İncirilik bazasını ABŞ-ın istifadəsinə bağlamaq məcburiyyətindədir. Digər bazalarla bağlı da eyni tədbirlər görülməlidir. Trampın təhdidinə ən təsirli cavablardan biri də Suriyada verilməlidir. Türkiyə dərhal Suriya ilə əməkdaşlığa getməlidir", - Perinçək qeyd edib.
Qeyd edək ki, Tramp keşiş Bransonun tamamilə azad olunmayacağı təqdirdə Türkiyəyə sanksiya tətbiq ediləcəyini açıqlayıb.
Xatırladaq ki, Doğu Perinçəkin Türkiyə "dərin dövləti”nə bağlı olduğu deyilir.
7news.Az








