DW Turkish-nin əldə etdiyi məlumata görə, Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 dəfə rəsmi müraciət edib.
7NEWS.az xəbər verir ki, Türkiyədə 15 iyul çevriliş cəhdində bir nömrəli məsuliyyət daşıyan Fətullah Gülənin ekstradisiyası üçün indiyədək ABŞ-a 7 ekstradisiya tələbi göndərilib. Alican Uludağın sözlərinə görə, ABŞ son 8 ildə Gülənin ekstradisiyasına dair müraciətlərə müsbət cavab verməyib.
7NEWS.az








