Türkiyəli vəkil Mert Eryılmaz İstanbul prokurorluğuna müraciət edib
Vəkil ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri Cozef Danford, ABŞ mərkəzi komandalığının rəhbəri Cozef Votel və Milli kəşfiyat idarəsinin direktoru Ceyms Klepperə qarşı məhkəmə iddiası qaldırıb. Adıçəkilən generallar 15 iyul gecəsi baş verən hərbi çevriliş cəhdində günahkar bilinir.
Mertin fikrinə görə, hərbi çevrilişə cəhd edən türk zabitləri "İncirlik" bazasında yerləşən amerikalı hərbçilərlə əlaqədə olublar. Qiyamçıların istifadə etdiyi təyyarələrə təchiz edilən bombalar Türkiyə ordusunda mövcud deyil. O, eyni zamanda "İncirlik" bazasının rəisi general Bekir Ercanın ifadələrinə əsaslanır. Çünki Bekir Ercan qiyam baş tutmadığı üçün ABŞ-dan siyasi sığınacaq istəmişdi./olke.az
7news.Az








