RU
Türkiyə ATƏT-in Minsk Qrupuna konkret yol göstərdi – ya..., ya da...
11:20
658

Türkiyə ATƏT-in Minsk Qrupuna konkret yol göstərdi – ya..., ya da...

Qabil Hüseynli: "Onlar indiyə qədər təcavüzdən, işğaldan danışır, amma işğalçının kim olduğunun adını çəkmək istəmirlər” Türkiyə Prezidentinin Administrasiyası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcəyini bir daha bəyan edir: "Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib”. Bildirilib ki, Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır: "Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”. Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyi Ermənistan hakimiyyətini arxayın salır: "Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”. Göründüyü kimi, Türkiyə hökuməti ATƏT-in Minsk Qrupu üzvləri qarşısında konkret şərt qoyur. Bu tələbi nə dərəcədə əsaslı saymaq olar? Bildirilib ki, Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır: "Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”. Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyi Ermənistan hakimiyyətini arxayın salır: "Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”. SAMSUNG AZERBAIJAN Danışıqlar formatı, Minsk Qrupu onlar üçün sadəcə görüntüdür. Vasitəçilər onların əl altından işləyib həyata keçirdikləri təxribatları ört-basdır etmək üçün bir vasitədir. Ona görə də, danışıqlar prosesi bərpa olunsa belə, bu riyakar addımların rəsmi Bakı tərəfindən qəbul edilmədiyi vurğulanmalıdır. Həmsədrlər indiyə qədər qeyd edirdilər ki, vasitəçilik, sülhyaratma missiyasını həyata keçirirlər. Yəni danışıqlar baş tutursa və tərəflər danışıqlarda iştirak edirsə onlar da öz missiyasını həyata keçirdiklərini düşünürlər. Eyni zamanda danışıqlar masası üzərinə hansı məsələlərin çıxarılmasına qarışmırlar və deyirlər ki, onların işi bundan ibarətdir. Azərbaycan tərəfi indiyə qədər həmsədrlərdən tələb edirdi ki, Ermənistana təzyiqlər göstərsin, amma həmsədrlər təzyiq göstərmək səlahiyyətləri olmadığını qeyd edirdilər. Həmçinin, Ermənistanı sülhə məcburetmə addımları atmağa sövq etmə tələbləri qarşısında həmsədrlər belə bir səlahiyyətlərinin olmadığı kimi qeyri-populyar cavablar verirdilər. Onlar indiyə qədər təcavüzdən, işğaldan danışır, amma işğalçının kim olduğunun adını çəkmək istəmirlər. Minsk Qrupunun özü də son dərəcə primitivdir, loyal davranış sərgiləyir. Bu baxımdan da Türkiyənin qoyduğu tələbi çox doğru sayıram. Ya əməli iş olmalıdır, ya da missiyadan imtina etməlidir”. Uzun müddətdir yalan vədlərlə bizi aldadan bir təsisatın qarşısında sonda bu seçimin qoyuilması tam obyektivdir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ