RU
Türkiyə Azərbaycana uçuşları müvəqqəti təxirə saldı
09:49
230

Türkiyə Azərbaycana uçuşları müvəqqəti təxirə saldı

THY məlumat yaydı.

Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.

Bu barədə məlumat Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsində eyr alıb.

“Uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir. Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb”, - deyə məlumatda deyilib.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ