RU
Türkiyə Azərbaycanın bu sahəsinə marağını gizlətmir
23:45
359

Türkiyə Azərbaycanın bu sahəsinə marağını gizlətmir

Türkiyənin biznes sektorunun nümayəndələri Bakıya səfəri çərçivəsində Azərbaycanın İKT sektoruna investisiya məsələlərini müzakirə edəcək.

7news.Az xəbər verir ki, Trend-in Türkiyənin Elektron məhsul və xidmət ixracatçıları Assosiasiyasına istinadən məlumatına görə, bu sözləri qurumun idarə heyətinin üzvü Səlahəddin Esim deyib.

S.Esimin sözlərinə görə, dekabrın 1-2-i baş tutacaq səfər zamanı Türkiyə və Azərbaycan postneft müddətində kommunikasiya sahəsində strateji əməkdaşlığın yaradılması məsələsini müzakirə edəcək.

Səfər zamanı Türkiyə nümayəndə heyətinin tərkbinə İKT sahəsində fəaliyyət göstərən 12 şirkətin nümayəndəsi daxil olacaq.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ