RU
Türkiyə beynəlxalq axtarışa verilmiş 14 nəfəri ölkəyə gətizdirib
11:40
32

Türkiyə beynəlxalq axtarışa verilmiş 14 nəfəri ölkəyə gətizdirib

Türkiyə hüquq mühafizə orqanları axtarışda olan 14 cinayətkarı ölkəyə gətizdirib.

Bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Saxlanılan cinayətkarların 8-i Gürcüstandan, 2-i Albaniyadan, 2-i Almaniyadan, digər ikisi isə Seneqal və Yunanıstandan gətirilib.

Saxlanılan şəxslərin qanunsuz mütəşəkkil dəstə qurma, soyğunçuluq, hədə-qorxu gəlmə, cinsi istismar, adamöldürmə və başqa cinayətlərdə təqsirli bilindikləri qeyd olunur.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ