RU
Türkiyə bu əraziləri bombaladı - 4 ölü
10:00
341

Türkiyə bu əraziləri bombaladı - 4 ölü

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar terrorçulara məxsus hədəfləri bombalayıb.

7news.Az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

 Türkiyənin Baş Qərargahı zərbələrin İraqın şimalında Zap rayonunda və Diyarbəkir əyalətinin cənub-şərqində Kull rayonundakı terrorçuların obyektlərinə endirildiyini açıqlayıb.

Məlumata görə, İraqın şimalında 3 terrorçu məhv edilib. Ümumilikdə yaraqlılara məxsus 3 sığınacaq dağıdılıb.

Daha 1 terrorçu Diyarbəkirdə öldürülüb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ