Türkiyə İŞİD terror qruplaşmasının nəzarəti altında olan Suriya sərhədində divar tikintisinə başlayıb.
7news.az Qazeta-ya istinadən xəbər verir ki, hasarın tikilməsi Kilis ili və Qaziantepin sərhəd ərazisində nəzərdə tutulub.
Verilən məlumata görə, hasarın hündürlüyü 4 metr, uzunluğu isə 82 km olacaq.
Qeyd edək ki, sözügedən məlumatla bağlı Türkiyə rəsmiləri heç bir açıqlama verməyib.
7news.az








