Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümündə Yunanıstanın Saloniki şəhərində doğulduğu evdə mərasimlə anılıb.
7NEWS.az xəbər verir ki, Türkiyənin Saloniki Baş Konsulluğu tərəfindən təşkil edilən anma mərasiminə Türkiyədən və müxtəlif Avropa ölkələrindən gələn qonaqlar böyük maraq göstərib. Atatürk Evinin bağçası ziyarətçilərlə dolu olarkən, yüzlərlə insan evin ətrafına toplaşıb. Yerli vaxtla saat 09.05-də 2 dəqiqəlik sükutdan sonra Dövlət Himni oxunub.
7NEWS.az








