Türkiyə Daxili İşlər Nazirliyi 34 nəfərin ölümü, 125 nəfərin yaralanmasına səbəb olan terror aktıını törədənin kimliyini rəsmən açıqlayıb.
Martın 14-də terroru törədənin Balıkesir Universitetinin tələbəsi Səhər Çağla Demir olduğu iddia edilirdi. Lakin DİN bu xəbəri bu gün təsdiqləyib.
Məlumatda bildirilir ki, 13 mart 2016-cı il tarixdə Ankara Atatürk bulvarında hərəkətdə olan bombalı avtomobillə avtobus dayanacağında gözləyən vətəndaşlara qarşı gerçəkləşdirililən xain terror hücumunun aydınlaşdırılması ilə bağlı aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisəni 1992-ci il təvəllüdlü Qarsın Kağızman şəhərinə qeydiyyatda olan Səhər Çağla Dəmir törədib.
“Həmin şəxs 2013-cü ildən etibarən PKK terror təşkilatı ilə daim əlaqədə olub. Daha sonra Suriyaya keçib və YPG terror təşkilatının içərisində terror təhsili alıb. Faktla bağlı araşdırmalar davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
7news.Az








