RU
Türkiyə diplomatik missiyalarının sayına görə dünyada 5-ci olacaq
22:00
602

Türkiyə diplomatik missiyalarının sayına görə dünyada 5-ci olacaq

Türkiyənin Uruqvay, Salvador və Qvineya-Bisauda səfirlikləri açılacaq.

7NEWS.Az-ın verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN başçısı bildirib ki, beləliklə, Türkiyənin xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik missiyalarının sayı 255-ə çatacaq və bu da Türkiyəni dünya ölkələri arasında beşinci yerə qaldıracaq.

Nazir əlavə edib ki, bu həftə onun Latın Amerikası ölkələrinə səfəri başlayacaq.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ