Türk ordusu "Fərat Qalxanı" əməliyyatının hesabatını verib.
Əməliyyat çərçivəsində 2.085 terrorçu məhv edilib. Bu günə qədər 1.775 İŞİD terrorçusu, 310 PKK/PYD terrorçusu məhv edilib.
PKK terrorçularının Hakkari, Şırnak, Diyarbəkir, Mardin və Bitlisdəki bazalarına qarşı əməliyyatlar keçirilir, qış hazırlıqlarının qarşısı alınır.
Əməliyyatlar nəticəsində 8 PKK terrorçusu öldürülüb, xeyli silah-sursat ələ keçirilib.
Sərhəddə qruplaşmanın qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən əməliyyat nəicəsində 276 min 90 paket siqaret ələ keçirilib, 5 min 646 nəfər isə saxlanılıb.
"Fərat Qalxanı" əməliyyatı çərçivəsində 518 ölü, 250 yaralı İŞİD terrorçusu ələ keçirilib. 7 terrorçu əsir götürülüb./olke.az
7news.Az








