RU
Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəklədiyini bildirib
20:10
588

Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəklədiyini bildirib

Türkiyə regionda sülh və təhlükəsizliyə böyük önəm verir.

7NEWS.Az xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Türkiyə parlamentinin sədri Mustafa Şentop gürcüstanlı həmkarı Şalva Papuaşvili ilə görüşündə deyib.
Bildirib ki, Türkiyə Gürcüstanın NATO və digər Avro-Atlantik təşkilatlara inteqrasiyasını, Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

M.Şentop qeyd edib ki, 2021-ci ildə iki ölkə arasında ticarət həcmi 2,1 milyard dollara çatıb.

Görüş zamanı Türkiyə və Gürcüstanın parlamentləri arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ