Ayyıldız kiber qruplaşması Rusiya saytlarına hücuma hazırlaşdıqlarını bəyan edib.
Hücum ediləcək saytlar arasında Müdafiə Nazirliyinin portalı da var.
Dekabrın 28-də türkiyəli hakerlər Türkiyənin iri şirkətlərini hədəf aldığını elan edən Anonymous qruplaşmasına məxsus olduğu ehtimal edilən anonymoushackers.org. saytını dağıdıblar.
Resursda Türkiyə bayrağının fonunda belə yazı da olub: “Sizə Ayyıldız kiber ordusu hücum edib”.“Biz Türkiyə dövlətini aşağılamaq istəyənlərə dərs veririk. Növbədə Rusiyadır”, - haker qrupunun lideri Cetkan Bir Yafes deyib./modern.az
7news.az








