RU
Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır
16:00
48

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır

Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması təklif edilib.

7News.Az DHA-ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.

Xatırladaq ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermiş, 2021-ci ildə bu müddət daha bir il uzadılmışdı.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ