RU
Türkiyə HHQ-nin komandanı azad edildi
19:35
1140

Türkiyə HHQ-nin komandanı azad edildi

Dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həyatını itirib.

Türkiyə hərbi hava qüvvələrinin komandanı Abidin Ünal xüsusi əməliyyat nəticəsində qiyamçı hərbçilərdən azad edilib. 

7news.Az “Report” istinadən xəbər verir ki, Abidin Ünal və Türkiyə hərbi hava qüvvələrinin yüksək rütbəli şəxsləri ötən gün Əskişəhərdə toy mərasimində olublar.

Toy zamanı 5 hərbi helikopter mərasim olan yerə enərək Ünalı və hərbi hava qüvvələrinin bir neçə yüksək vəzifəli şəxsini girov götürüb.

Qeyd edək ki, Türkiyədə silahlı çevrilişə cəhd edən 2,8 mindən şəxs artıq həbs olunub, onların içərisində yüksək hərbi rütbəlilər də var. Son məlumatlara görə, dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həyatını itirib.

-------

Abidin Ünal hələ də azad olunmayıb.

Türkiyədə hərbi çevrilişin tərəfdarları Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri Abidin Ünalı toydan qaçıraraq girov götürüblər.

7news.Az En Son Нaber nəşrinə istinadən məlumat verir ki, hadisə İstanbulda HHQ-nin generalı Mehmet Şanverin qızının toy mərasimində baş verib.

Qiyamçılar beş helikopter ilə toy mərasiminin keçirildiyi yerə gələrək general və komandirləri girov götürüblər.

Hazırda hökümət qüvvələri Ünalın azad edilməsi üçün işlər aparır. Türkiyə KİV-in məlumatına görə, HHQ-nin komandiri hələ də azad olunmayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ