RU
Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib
20:59
526

Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib

"TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Bu barədə 7NEWS.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ