Türkiyənin Xarici İşlər naziri Firudin Sinirlioğlu və Milli İstihbarat Təşkilatının (MİT) şefi Hakan Fidan İraqın paytaxtı Bağdada səfər ediblər.
Səfərin məqsədi son günlər Mosula türk əsgərlərin yerləşdirilməsi ilə bağlı rəsmi Ankara və Bağdad arasında yaşanan gərginliyi azaltmaqdır.
Məlumata görə, Fidan və Sinirlioğlunu ilk olaraq İraq Xarici İşlər nazirliyinin səlahiyyətli nümayəndəsi Xəlil Musəvi qarşılayıb.
Qarşılanma zamanı Türkiyənin İraqdakı səfiri Faruk Qaymaqçı da iştirak edib.
Türkiyə rəsmilərinin İraq Xarici İşlər naziri İbrahim Cəfəri və Baş naziri Heydər Abadi ilə görüşdükdən sonra Müdafiə naziri Xalid Ubeydi ilə görüşəcəkləri gözlənilir.
7news.az








