Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Yerli vaxtla 16:30-da başlayan iclas 6 saat davam edib.
İclasdan sonra verilən açıqlamada İraqda baş verən son proseslər və İraq xalqının təhlükəsizliyi istiqamətində atılacaq addımların müzakirə edildiyi bildirilib.
İclas zamanı həmçinin Rusiyanın Suriyada apardığı əməliyyatlar və miqrant böhranının gündəmə gətirildiyi də xatırladılıb. Su-24 böhranı ilə bağlı Rusiyanın Türkiyə əleyhinə siyasəti və bunun qarşılığında Ankaranın Kremlə qarşı mövqeyi də müzakirə edilib./axar
7news.az








