Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiya mediasına 2017-ci ildə gözlənilən siyasi proseslərlə bağlı fikirlərini açıqlayıb.
Yaxın Şərqlə bağlı danışan partiya lideri qeyd edib ki. Rusiya Türkiyə və İranla yaxınlaşacaq və Antanta kimi bir birlik qurulacaq:
"Bu birliyin vəzifəsi yaxın Şərqdə vəziyyəti stabilləşdirmək olacaq. Tarix göstərdi ki, orda tək uğur qazanmaq mümkün deyil. Əfqanıstanda tək idik və az-çox nəyəsə nail olduq. Suriyada da faktiki olaraq təkik. Birləşsək, tamamilə başqa nəticələr əldə edə bilərik. Acgöz olmaq lazım deyil, Ankaranın maraqlarını təmin etmək üçün bir az Türkiyəyə, bir az da İrana vermək lazımdır.
Əgər Türkiyə ilə hazırkı münasibətlərimiz daha yüksək həddə qalxsa, Qarabağ problemi həll oluna bilər və müharibəyə ehtiyac qalmaz. Azərbaycan və Ermənistan bundan ancaq xeyir götürər. Türkiyə bizimlə müttəfiq olarsa, Krım tatarları daha sakit məcrada öz həyatlarını davam etdirər.
Biz Türkiyə ilə iqtisadi əlaqələrdə mübadilə vasitəsi kimi milli pul vasitələrindən istifadə edəcəyik və Türkiyəyə istirahətə gedən Rusiya vətəndaşları rus rublu ilə hesablaşa biləcəklər.
Bu hal Orta Asiya və Yaxın Şərqdə sakitliyi təmin etməyə şərait yaradar və bizim cənub sərhədlərinə təhdidlərimiz sonlanar”.//Azərbaycan 24








