Suriyada baş verən hadisələri dəyərləndirən Türkiyə prezidentinin müşaviri Yalçın Topçu tükürpərdici açıqlamalar verib.
Y.Topçu əsas məqsədin Türkiyə ilə İran arasında məzhəb münaqişəsi çıxarmaq olduğunu deyib:
"Mənim şəxsi qənaətim budur ki, İŞİD ingilis cəsus Lavrensin qeyri-qanuni övladıdır. Bu təşkilat imperialist və qlobal qüvvələrin adına fəaliyyət göstərir. İŞİD-in var olmasının və nümayiş etdirdiyi effektin əsas səbəbi məzhəb münaqişəsi yaratmaqdır. İraqda buna nail oldu, Suriyada buna nail oldu, Yəməndə buna nail oldu. İndi isə İranla Türkiyə arasında məzhəb münaqişəsi yaratmaq istəyir".
Y.Topçu xüsusilə Hələbdə baş verənlərin tələ olduğunu vurğulayıb:
"İŞİD bir tələdir. Hələbdə baş verənlər bir tələdir. Xüsusilə Türkiyədə məzhəb münaqişəsi körüklənməkdədir. Hələbdə meydana çıxan humanitar faciə şüurlu və ya şüursuz şəkildə məzhəb düşmənçiliyi yaratmaqdadır. Sağlam düşüncəli və soyuqqanlı bir həssaslıq göstərilməlidir. Peşəkarlıq travmatik hisslərlə yox, ağılla mümkündür".
Qlobal qüvvələrin Yaxın Şərqi yenidən dizayn etməyə çalışdığını deyən Y.Topçu qeyd edib ki, Türkiyə ilə İran arasındakı münaqişə bölgənin qiyaməti ola bilər.
"Türkiyə ilə İran arasında baş verəcək bir münaqişə bölgənin ən böyük qiyaməti ola bilər. Bu münaqişənin qalibi olmaz. Eyni şeylərlə əl-Babda (Suriya) da və daha bir çox yerdə qarşılaşacağıq. Dövlətimiz və təhlükəsizlik qüvvələri mübarizə aparır, biz onlara dəstək veririk. Sakit olmalıyıq və əhval-ruhiyyəmizi yüksək tutmalıyıq. Əhvalı pozulanlar terrorun tələsinə düşərlər. Təşvişə, ümidsizliyə düşmək lazım deyil. Ankara bir olduqca iri olacaq, diri olacaq. Diri olduqca qiyamətə qədər məzlumların sahibi olacaq və bu mühasirəni Çanaqqalada, Sakaryada olduğu kimi yarıb çıxacaqdır", - deyə Y. Topçu bildirib./olke.az
7news.Az








