Türkiyənin İraqla sərhədə xeyli sayda canlı qüvvə və hərbi texnika toplamağa başlaması Bağdadın narazılığına səbəb olub.
7News.az-ın məlumatına görə, İraqın baş naziri Heydər əl-Abadi bildirib ki, Türkiyə ordusunun ölkəyə daxil olması Ankara üçün ciddi çətinliklərə yol açacaq. Ankaranın atacağı addımı İraqın işğalı kimi dəyərləndirən diplomat, məsələnin Türkiyə daxilində xaosa yol açacağını iddia edib:
"Türkiyə ilə müharibə etmək istəmirik. Lakin belə vəziyyət yaranarsa buna da hazırıq”.
Qeyd edəki, İraq sərhədinə texnikaların toplanması məlumatını Türkiyənin müdafiə naziri Fikri İşık da təsdiqləyib. Onun sözlərinə görə, hərbi qüvvələrin sərhədə cəmləşdirilməsi bölgədə baş verə biləcək xoşagəlməz hadisəyə qarşı hazırlıq məqsədi daşıyır.
7News.az








