Prezident Ərdoğan və Qətər Əmiri Əl Taninin iştirakı ilə müxtəlif sahələrdə 12 əməkdaşlıq müqaviləsi və Ali Strateji Komitənin 9-cu Toplantısının Birgə Bəyannaməsi imzalanıb.
7NEWS.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani arasında Lusail sarayında baş tutan təkbətək görüşdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu toplantısı keçirilib. Görüşdən sonra Ərdoğan və Əl Taninin iştirakı ilə iki ölkə arasında müqavilələrin imzalanma mərasimi baş tutub.
7NEWS.az








