Prezident Ərdoğan və Rumıniyanın baş naziri Çiolacunun iştirakı ilə iki ölkə arasında 6 müqavilə imzalanıb.
7NEWS.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Rumıniyanın Baş naziri Çiolaku ilə Prezident Külliyesində görüşüb.
Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Rumıniya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Birinci Toplantısından sonra müxtəlif sazişlərin imzalanması mərasimi başlayıb.
7NEWS.az








